14.11.2018 [10:13] - Gənclik
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə noyabrın 13-də “Baku Crystal Hall”un Media Mərkəzində 100-dən çox gənclər təşkilatının təmsil olunduğu V Respublika sərgisi açılıb.
Sərginin açılışında Baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, eləcə də gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Sərgi ilə tanışlıq zamanı məlumat verilib ki, V Respublika sərgisində gənclər təşkilatlarına özlərini təqdim etmələri, nailiyyət və imkanlarını göstərmələri, təcrübə mübadiləsi aparmaları və ictimai əlaqələrini genişləndirmələri üçün əlverişli şərait yaradılıb. Respublikamızdakı Gənclər evlərinin də təmsil olunduğu sərgi çərçivəsində gənclər üçün müxtəlif mövzularda təlimlər və maarifləndirici tədbirlər də keçirilir.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev sərgi ilə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, belə tədbirlər ölkəmizdə fəal gənclərin müəyyənləşdirilərək üzə çıxarılması, onların bilik və bacarıqlarının inkişafı baxımından mühüm rol oynayır. Bugünkü sərgidə 11 Gənclər evi və 85 gənclər təşkilatı iştirak edir ki, bu da V Respublika sərgisinin miqyasının ildən-ilə genişləndiyini göstərir. Ənənəyə əsasən, sərgidə Azərbaycanın aparıcı gənclər təşkilatlarının fəaliyyəti, dövlət gənclər siyasəti çərçivəsində icra olunan proqramlar və qazanılan uğurlar nümayiş olunur. Belə sərgilər fəal gənclərin işlərini ictimaiyyətə geniş şəkildə çatdırmaq baxımından da mühüm əhəmiyyət kəsb edir və bu, tədbirin əsas hədəfidir.
Qeyd edək ki, sərgi Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.7.4-cü yarımbəndinin (Gənclər təşkilatlarının fəaliyyətinin təşviq edilməsi, onların həyata keçirdikləri layihə və tədbirlər haqqında cəmiyyətin məlumatlandırılması və gənclərin ictimai fəaliyyətə cəlb olunmalarının stimullaşdırılması məqsədi ilə sərgilərin təşkil edilməsi) icrası istiqamətində təşkil olunub.

Bu xəbər oxucular tərəfindən 883 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |