Şrift:
Novruz Novruzlu ürək çatışmazlığından vəfat etdi...
20.11.2018 [13:15] - Xəbərlər, Türk dünyası-Turan, Bildiriş
“Savalan” musiqi qrupunun bədii rəhbəri, Opera və Balet Teatrının solisti Novruz Novruzlu vəfat edib. Davam.az bu haqda ifaçının bacısı oğlu açıqlama verib: "Dayım vəfat etdi (ağlayır). 58 yaşında dünyasını dəyişdi. Ölümünə səbəb ürəyində olan problemlərlə bağlı idi".

Qeyd edək ki, N.Novruzlu həm də aktyor və ilahi mahnıların ifaçısı kimi tanınıb.

"Savalan" qrupunun bədii rəhbəri, opera və balet teatrının solisti Novruz Novruzlu 1960-cı ildə Ordubad şəhərində anadan olub. Hələ uşaq ikən musiqiyə marağının böyük olduğunu deyir. Orta məktəbdə oxuduğu müddətdə musiqi ilə bağlı bütün tədbirlərdə çıxış edib. Orta məktəbi bitirdikdən sonra İncəsənət Universitetinin musiqili-komediya aktyorluğu fakültəsinə daxil olub. N.Novruzlunun institutda oxuduğu illərdə bir çox müsabiqələrdə uğurlu çıxışları olub. "Savalan" qrupunun bədii rəhbəri institutda oxuduğu müddətdə "Ulduz" tamaşasında Zəfər, "Arşın mal alan"da Əsgər, "O olmasın, bu olsun" tamaşasında Sərvər rollarını ifa edib. Bir müddət "Şərq ansamblı"nda solist kimi fəaliyyət göstərib. Məlumat üçün söyləyək ki, sözügedən ansambl dünya xalqlarının musiqilərini ifa edirdi. İnstitutda oxuduğu illərdə bir çox müsabiqələrdə uğurlu çıxışları olub. İnstitutu bitirdikdən sonra Firudun Mehdiyevin səhnələşdirdiyi "O olmasın, bu olsun" tamaşasında Əsgər rolunu ifa edib. Novruz Novruzlu hazırda Akademik Opera və Balet Teatrında işləyir. Qarabağ hadisələri baş verdikdən sonra oxuya bilmədiyini vurğulayan N.Novruzlu daha ciddi işlərlə məşğul olmağı qərara alıb və beləliklə "Savalan" qrupu yaradılıb.

Davam.az Media Qrupun kollektivi də Novruz Novruzlunun vəfatından kədərlənir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verirlər. Allah rəhmət eləsin!
Bu xəbər oxucular tərəfindən 772 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed