Şrift:
Azərbaycan Mədəni Universitetində kitab sərgisi keçirilir – Təbrizdə
03.12.2018 [10:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Türk öyrənciləri Təbrizin “Azərbaycan Mədəni Universiteti”ndə kitab sərgisi keçirir.

Türk və fars dillərində müxtəlif kitabların nümayiş etdirildiyi sərgi “Mədəniyyət və Əndişə” və “Şeir və ədəbiyyat” dərnəklərinin təşəbbüsü ilə keçirilir.

Dekabrın 1-dən fəaliyyətə başlayan sərgi 4 gün davam edəcək.

Sərgidə ədəbiyyat, tarix, fəlsəfə, humanitar elmlər, türk dilinin öyrənilməsi və s. kimi mövzularda kitab sərgilənir. Uşaqlar üçün nəzərdə tutulan kitablar 20 faiz endirimlə satılır.

Sərgidə qurumaqda olan Urmu gölünün maketi də nümayiş etdirilir.
Bu xəbər oxucular tərəfindən 778 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed