Şrift:
Türkiyə ordusunun ötən il zərərsizləşdirdiyi terrorçuların sayı açıqlanıb
03.01.2019 [10:37] - Gündəm, Hərb
Türkiyə ordusu ötən il terrorçulara qarşı 147 iri miqyaslı hərbi əməliyyat keçirib.
Bu barədə ölkənin müdafiə naziri Hulusi Akar bildirib.
O, qeyd edib ki, əməliyyatlar çərçivəsində 2398 terrorçu zərərsizləşdirilib. Nazirin sözlərinə görə, Türkiyənin Hərbi Hava Qüvvələri 2018-ci ildə terrorçuların 922 obyektinə, o cümlədən qərargahına, sığınacaqlarına və silah anbarlarına zərbələr endirib.
Hulusi Akar qeyd edib ki, ölkənin hərbi qüvvələri İŞİD terrorçularına qarşı mübarizədə qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirir.
Daha əvvəl məlum olub ki, Türkiyə ordusu İraqın şimalında PKK-nın 8 terrorçusunu zərərsizləşdirib.
Bu xəbər oxucular tərəfindən 439 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed