Şrift:
Növbə Ərdəbilə çatdı: Bu əyalətdə ağaclar kəsilir
03.01.2019 [10:59] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın ətarf mühitinə qarşı yönələn plan artıq Ərdəbil Əyalətinə çatıb.

Qaradağ məntəqəsinin meşə ağaclarının kəsilməsi problemi öz həllini tapmadan oxşar hadisə Ərdəbil əyalətində baş verib. Nir şəhərində yerləşən məşhur “Bulaqlar” turist məntəqəsindən yayılan görüntülərdə ərazidə çox sayda ağacın kəsildiyi görünür.

Bölgə əhalisi və ətraf mühit tərəfdarları artıq etiraz səslərini qaldırıb.

Araşdırmaların nəticəsinə görə, Azərbaycan şəhərlərində ağaclar sistemli şəkildə və Kənd Təsərrüfatı Təşkilatının rəsmi icazəsi ilə kəsilir.

İranın şimal məntəqəsində (Gilan Əyaləti) ağacların kəsilməsinə qadağa qoyulması və ağacın qiymətinin qalxması həyata keçirilən planın əsas səbəbləridir.

Kəleybərin İran parlamentindəki millət vəkili Quliullah Quluzadənin dediyi kimi, dövlət ölkənin şimalında “meşələrin tənəffüsü” adlı bir layihəni həyata keçirərək ağacların kəsilməsinə 10 illik qadağa qoyub. Bu səbəbdən bir ildən çoxdur ki, şimal bölgəsinin ağac şirkətləri Azərbaycan məntəqəsinə üz tutaraq müxtəlif növ ağacları dəyər-dəyməz qiymətinə alır və öz fabriklərinə daşıyırlar.
Bu xəbər oxucular tərəfindən 302 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed