04.01.2019 [10:39] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Ancaq bu sahədə inkişaf dinamikasının ildən-ilə artdığı da qeyd olunmalıdır”
Dünyanın dörd bir yanına səpələnən soydaşlarımız arasında həmrəyliyin artırılmasının, yer kürəsinin harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının Azərbaycanın maraq və mənafeləri uğrunda birləşməsinin, diaspor təşkilatlarımızın bu yöndə fəaliyyətini artırmasının xalqımızın və dövlətimizin maraqları baxımından zəruriliyi birmənalıdır. Bəs bu gün soydaşlarımızın arasında belə bir birlik mövcuddurmu? Bu istiqamətdə atılan addımlar vəziyyəti qismən də olsa müsbətə doğru dəyişə bilibmi?
Moderator.az-a açıqlama verən millət vəkili Fərəc Quliyev görülən işlərin əhəmiyyətini vurğulamaqla yanaşı, hələ də bu birliyin ideal səviyyədə olmadığını qeyd etdi:
“Bizdə diasporun formalaşması dinamikası başqa ölkələrdən xeyli irəlidir. Lakin bu da bir həqiqətdir ki, dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın həmrəyliyi ideal səviyyədə olsaydı, tarixi torpaqlarımız 5-6 yerə bölünmüş formada olmazdı, ərazilərimizin də 20%i işğal altında olmazdı. Biz ideal həmrəyliyə nail olmalıyıq ki, hədəflərimizə çata bilək. Həmrəyliyimizin mövcud durumu o qədər də qənaətbəxş hesab edilməsə də, bu məsələdə dinamikanın ildən-ilə artmasını da qeyd etmək lazımdır”.

Seymur ƏLİYEV
Bu xəbər oxucular tərəfindən 629 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |