Şrift:
Güney Azərbaycanın tanınmış yazıçısı Yəhya Şeyda dünyasını dəyişib
21.10.2011 [18:47] - Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın tanınmış şair və yazıçısı, böyük şair Məhəmmədhüseyn Şəhriyarın dostu, jurnalist, tənqidçi Yəhya Şeyda dünyasını dəyişib. Şair oktyabrın 20-də Təbrizdə, yaşadığı evdə vəfat edib. Mərhumun dəfn mərasimi oktyabrın 22-də keçiriləcək.

Yəhya Şeyda 1924-cü ildə Təbriz şəhərində anadan olub. Ədəbi fəaliyyətə gənclik dövründən başlayıb. Onun şerləri, ədəbi-tənqidi məqalələri dövri mətbuatda müntəzəm çap olunub. Əsərlərini Azərbaycan və fars dillərində yazıb. Y. Şeyda fars, alman və ərəb dillərini mükəmməl bilib. Onun atası mərhum Həsən Yüzbaşı Məşrutə inqilabının mücahidlərindən olub.
Bu xəbər oxucular tərəfindən 1610 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed