Şrift:
Türkiyə Prezidenti: “Yaxın günlərdə Suriyada terrorçulara qarşı əməliyyatlara başlayacağıq”
09.01.2019 [10:33] - Xəbərlər, Siyasət
“Bütün hazırlıqlarımızı tamamlamışıq. Çox yaxın zamanlarda Suriya torpaqlarındakı terrorçu qruplaşmları zərərsizləşdirmək üçün hərbi əməliyyatlara başlayacağıq”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında deyib.
“ABŞ Prezidenti Donald Trampın qərarı istinad nöqtəmizdir. Hərbi hərəkat üçün hazırlıqlarımızı başa çatdırmışıq. PKK/YPG-PYD ilə bağlı da addımlar atmaqda qətiyyətliyik. Həssaslığımızı bildikləri halda, terror qruplaşmalarının arxasında duranlara sözümüz var. Türkiyə hər zaman sözünün üstündə duran ölkə olub, müttəfiqlərindən də eyni diqqəti gözləyir”, - deyə Türkiyə lideri vurğulayıb.
R.T.Ərdoğan həmçinin qeyd edib ki, ABŞ nümayəndə heyətinin səfəri başa çatdıqdan sonra istənilən an Suriyanın şimalına hərbi əməliyyat başlaya bilər.
Bu xəbər oxucular tərəfindən 390 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed