Şrift:
Avropa Birliyi ETTELAT-a qarşı sanksiya qəbul edib
09.01.2019 [10:59] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Danimarkanın Xarici İşlər Naziri Anders Samuelsen Avropa Birliyinin İranın Kəşfiyyat Nazirliyi- ETTELAT-a qarşı sanksiya tətbiq etdiyini bildirib.

Anders Samuelsen sözlərinə görə, Avropa Birliyi ETTELAT-a qarşı Avropada bir neçə dəfə terror aksiyası törətməyə cəhd etdiyi üçün sanksiya qəbul edilməsinə razılıq verib: “Bu bizim bu cür davranışı Avropada qəbul etmədiyimizin ən bariz nümunəsidir”- deyə Danimarka XİN-in rəhbəri əlavə edib.

Qeyd edək ki, Danimarka xüsusi xidmət orqanları 2018-ci ilin oktyabr ayının 30-da məlumat yayaraq, “Əhvazın Azadlığı üçün Ərəb Mübarizə Hərəkatı”nın Danimarka şöbəsinin rəhbəri Həbib Cəbrə qarşı terror hücumu planlaşdıran İran xüsusi xidmət orqanları əməkdaşının həbs edildiyini bildirmişdi. Bundan sonra Danimarkanın Tehrandakı səfiri də öz ölkəsinə geri çağırılmışdı.

Bunun ardınca Danimarkanın Xarici İşlər naziri bildirmişdi ki, ölkəsi səfiri geri çağırmaqla kifayətlənməyəcək, eləcə də Avropa Birliyindən rəsmi Tehrana qarşı bu addıma görə yeni sanksiyalar qəbul etməsini istəyəcək. O, demişdi ki, ölkəsi heç vaxt İranın xüsusi xidmət orqanlarının Danimarkada kimisə təqib etməsini qəbul edə bilməz.

Ə.A
Bu xəbər oxucular tərəfindən 452 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed