09.01.2019 [10:59] - Güney Azərbaycan xəbərləri
Ərdəbilin imam cüməsi Həsən Amulinin ərdəbilli gəncləri Təbrizin əleyhinə etiraz yığıncağı keçirməyə çağırması azərbaycanlıların kəskin etirazına səbəb olub.
Bununla bağlı təbrizli gənclər əllərində bannerlər nümayiş etdirərək Təbriz və Ərdəbilin qardaş şəhərlər olduğuna təkid ediblər. Bannerlərdə “Qocaman Təbrizdən Azərbaycanın baş tacı Ərdəbilə salamlar olsun” və “Qardaş qardaşdan, Təbriz Ərdəbildən ayrılmaz” şüarları yazılıb.
Həsən Amulinin azərbaycanlılar arasında təfrəqə salan çağırışına sosial şəbəkələrdə də etirazlar davam edir.
Ərdəbilin manqurt imam cüməsi ötən günlərdə ərdəbilli gənclərlə Təbrizin əleyhinə etiraz aksiyası keçirməyi planlaşdırdığını bildirib. Buna səbəb Ərdəbil Əyalətində yerləşən bir kəndin Daxili İşlər Nazirliyi tərəfindən Şərqi Azərbaycan Əyalətinə ilhaq edilməsidir.
Həsən Amuli o halda belə bir mövqe sərgiləyir ki, o Ərdəbil Əyalətində yerləşən “Heyran gədiyi” ərazisinin Gilana ilhaq edilməsi ilə bağlı edilən cəhdlərə, həmçinin nəhəng Muğan Aqrosənaye Şirkətinin olduqca ucuz qiymətə özəlləşdirilməsinə qarşı səssiz qalıb. İmam cümənin əsas məqsədinin Azərbaycan şəhərləri arasında nifaq salmaqdan ibarət olduğu hər kəsə aydındır.

Bu xəbər oxucular tərəfindən 664 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |