11.01.2019 [10:24] - İdman
2019-cu ildə keçiriləcək kişi voleybolçular arasında Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib.
Sentyabrın 12-dən 29-dək davam edəcək çempionata Fransa, Sloveniya, Belçika və Niderland birgə ev sahibliyi edəcək.
Çempionatda Avstriya, Belarus, Belçika, Bolqarıstan, Almaniya, Niderland, Yunanıstan, İspaniya, İtaliya, Makedoniya, Polşa, Portuqaliya, Rusiya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Finlandiya, Fransa, Monteneqro, Çexiya və Estoniya milli komandaları birincilik uğrunda mübarizə aparacaqlar.
Turnirin seçmə mərhələsində “G” qrupunda qərarlaşan Azərbaycan millisi 8 xalla ikinci olub və Avropa çempionatının finalına yüksələ bilməyib. Yunanıstan millisi 17 xalla qrup lideri kimi növbəti mərhələyə adlayıb.
Qeyd edək ki, 2017-ci ildə Polşada təşkil olunan Avropa çempionatında Rusiya millisi qalib gəlib. Almaniya yığması çempionatda gümüş, Serbiya isə bürünc medal qazanıb.

Bu xəbər oxucular tərəfindən 434 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |