11.01.2019 [10:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Əfqanıstan Xarici İşlər Nazirliyi İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifin Talibanla bağlı son fikirlərini kəskin tənqid edib.
Nazirin siyasi məsələlər üzrə müavini İdris Zaman İranın bu ölkənin daxili işlərinə qarışdığını deyib.
İdris Zamanın məsələ ilə bağlı şəxsi “twitter” hesabında paylaşdığı yazıda deyilir: “Əfqanıstan İslam Respublikasının siyasi sisteminin dəyişdirilməsi ilə bağlı hər hansısa bir təklif, eləcə də silahlı qruplaşmaların ölkənin siyasi sisteminə daxil edilməsinə əsaslanan təklif bütün diplomatik prinsiplərə ziddir və digər ölkənin daxili işlərinə qarışmaq kimi qəbul edilir”.
İranın Taliban terror qruplaşması ilə əlaqələrinə də toxunan diplomat bildirib ki, Əfqanıstan Respublikasının iştirakı olmadan bu ölkədə fəaliyyət göstərən hər hansı bir qruplaşma ilə münasibətlər rəsmi Kabil ilə Tehran arasındakı əlaqələrin zəifləməsinə səbəb olacaq.
Qeyd edək ki, Hindistanda səfərdə olan İranın Xarici Siyasət İdarəsinin rəhbəri Məhəmməd Cavad Zərif 9 yanvar tarixində bu ölkənin yerli telekanallarından biri ilə müsahibəsi zamanı demişdi ki, “Talibanın Əfqanıstanın gələcəyində öz yeri olmalıdır”.
Zərifin bu sözlərinə digər əfqanıstanlı rəsmilər də kəskin reaksiya veriblər. Əfqanıstan prezidentinin sözçüsünün müavini Şahhüseyn Murtuzavi bu gün bildirib ki, İran Xarici İşlər Nazirliyi Taliban qruplaşmasının mətbuat xidməti kimi davranır: “Əgər qonşu ölkə İran problemlərin danışıqlar yolu ilə həllinə inanırsa, onda niyə öz siyasi sisteminə qarşı çıxan Xalq Mücahidləri Təşkilatı kimi qruplaşmalarla müzakirə məsələsini birdəfəlik bağlayıb? Talibanın səsinə qulaq vermək əvəzinə İranın Mirhüseyn Musəvi və Kurubi kimi müxaliflərinin dediklərinə qulaq asmaq daha yaxşı olmazdı? Bizim iranlı rəsmilərə olan sualımız budur ki, onlar heç bu ölkənin Məzari- Şərifdə öldürülmüş diplomatları barədə Talibandan hesab verməsini istəyib?- deyə Şahhüseyn Murtuzavi əlavə edib.
O, daha sonra bildirib ki, İran Əfqanıstanda insan hüquqları və söz azadlığı təmin edilən demokratik ölkə qurulmasından kəskin narahatdır.

Bu xəbər oxucular tərəfindən 454 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |