Şrift:
ABŞ qoşunlarının Suriyadan çıxma prosesinə başlanılıb
12.01.2019 [10:48] - Gündəm, Hərb
ABŞ qoşunlarının Suriyadan çıxma prosesinə başlanılıb.

Anadolu agentliyi xəbər verir ki, bunu ABŞ-ın Suriyadakı silahlı qüvvələrinin nümayəndəsi polkovnik Sean Ryan bildirib.

O qeyd edib ki, təhlükəsizlik səbəbindən ordunun nə vaxt ölkədən çıxacağı ilə bağlı detallar açıqlanmayacaq.

ABŞ Müdafiə Nazirliyindən bildirilib ki, silahlı qüvvələrin bir qisminin çıxarılmasına artıq başlanılıb.

CNN telekanalının verdiyi məlumata görə, Suriyadan ilkin mərhələdə hərbi aviasiya və donanma çıxarılacaq.
Bu xəbər oxucular tərəfindən 439 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed