14.01.2019 [10:10] - Gündəm, Sosial
Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Abşeron rayonunun Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisində Yeni il süfrəsi açılıb və uşaqlara bayram hədiyyələri təqdim edilib.
Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşı Hafiz Mikayılov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron nümayəndəliyinin rəhbəri İlham Manafov, internat evinin direktoru Pərvanə Səfərova çıxış edərək uşaqları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik ediblər.
Tədbirdə Heydər Əliyev Fondunun ölkəmizdə həyata keçirdiyi sosialyönümlü layihələrdən söhbət açılıb. Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəni daim diqqətdə saxladığı, belə tədbirlərin davamlı olacağı vurğulanıb.
Görüşdə rayon Mədəniyyət Mərkəzinin bədii-özfəaliyyət kollektivləri ilə yanaşı, uşaqların iştirakı ilə musiqi və rəqs nömrələri təqdim edilib.
Uşaqlar Şaxta baba və Qar qızla birgə rəqs edib, mahnılar səsləndiriblər. Sonra internat məktəbinin şagirdlərinə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən bayram hədiyyələri təqdim olunub.

Bu xəbər oxucular tərəfindən 486 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |