Şrift:
“Volkswagen” şirkətlər qrupu Türkiyədə mikroavtobuslar istehsal edəcək
14.01.2019 [10:15] - Gündəm, İqtisadiyyat
Dünyaca məşhur “Volkswagen” şirkətlər qrupu Türkiyədə mikroavtobuslar istehsal etməyə hazırlaşır.

Bu barədə Avtomobil İstehsalı Sənayeçiləri Dərnəyindən məlumat yayılıb.

Bildirilir ki, “Volkswagen” mikroavtobuslarının istehsalı “Ford” şirkətinin Türkiyədəki avtomobil zavodunda həyata keçiriləcək.

Qeyd edək ki, son illər Türkiyənin avtomobil ixracatı 4 faiz artıb. Türkiyənin avtomobil şirkətləri öz məhsullarını Hindistan bazarlarına çıxarmağı əsas ixrac hədəfi müəyyən edib.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 434 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed