Şrift:
Azərbaycanlı milli-mədəni fəal Məhəmməd Dorosti 6 ay həbs cəzasına məhkum edilib – Xoy şəhərində
18.01.2019 [10:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xoy Şəhər İnqilab Məhkəməsinin 1-ci şöbəsi azərbaycanlı milli-mədəni fəal Məhəmməd Dorosti barəsində 6 aylıq qiyabi həbs qərari çıxarıb.

Fəal 2018-ci il dekabrın 9-da Xoyda polis əməkdaşları tərəfindən yaxalanıb və şəhər məhkəməsinin 3-cü şöbəsi tərəfindən ittihamı elan olunduqdan sonra vəsiqə qarşılığında sərbəst buraxılıb. Fəalın ittihamı yaxalandıqdan bir gün sonra hakim İmancanlı tərəfindən açıqlanıb. O 1945-ci ildə Azərbaycan Milli Hökumətinin qurulmasının (21 Azər Hərəkatı) ildönümü münasibəti ilə bildiriş yaymaqla sistemin əleyhinə təbliğat aparmaqda günahlandırılıb.

Telefon vasitəsi ilə məhkəməyə çağırılan fəala yanvarın 16-da barəsində çıxarılan həbs qərarı elan olunub.

Fəal, məhkəmə prosesi zamanı çağırışlar yalnız SMS vasitəsi ilə olduğu üçün onlara məhəl qoymayıb və məhkəməyə müraciət etməkdən imtina edib.
Bu xəbər oxucular tərəfindən 523 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed