Şrift:
“MÜBARİZLƏR” – GƏNCLƏR MİLLİ QƏHRƏMANIMIZ MÜBARİZ İBRAHİMOV HAQQINDA FİLM ÇƏKİRLƏR
19.01.2019 [09:45] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
Son zamanlar gənclərin milli ruhda tərbiyələndirilməsi, milli təbliğatın mədəni yolla inkişaf etdirilməsi sahəsində dövlətimizə əvəzsiz xidmət edən, bu müqəddəs işlə tamamən təmənnasız məşğul olaraq milli-vətənpərvər mövzuda artıq 4 film (“BOZQURDUN İNTİQAMI”, DİRİLİŞ ERGENEKON”, “VƏTƏN BAYRAQDIR, BAYRAQ NAMUSDUR!”, “TARİX DƏRSİ”) çəkmiş gənc istedadlı yazar, aktyor və rejissor Elşən İsmayılın özü qədər gənc istedadlı komandasının qonağı olduq. Yaradıcı heyətlə elə çəkiliş meydançasında tanış olduq. Film barəsindəki suallarımızı isə filmin ideya müəllifi, ssenaristi, quruluşçu rejissoru və prodüseri Elşən İsmayıl özü cavablandıraraq qısaca bildirdi ki: “Bu film öncəkilər kimi orijinal süjet və mövzuya malik olsa da, texniki keyfiyyət və hadisələrin daha realist təsviri baxımından əvvəlki filmləri (öz filmlərin nəzərdə tutur) kölgədə qoyacaq... Mövzu, Milli Qəhrəmanımız Mübariz İbrahimovun şəhid olduğu andan sonrakı siyasi-ictimai proseslərə aiddir. Filmdə ssenaristin uydurduğu bədii süjet xətti əsas olsa da, filmin başlanğıc və son səhnələrində, eləcə də obrazlar arası qurulan dialoqların mətnində cəmiyyətimizi düşündürəcək ciddi milli-təbliğati və ümumsiyasi mesajlar vardır... Film, Milli Qəhrəmanımız Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunaraq dövlətçiliyimizə, güc strukturlarımıza, şanlı ordumuza mənəvi dəstək məqsədiylə çəkilir...
Bununla belə qeyd edək ki, filmdə eyni zamanda gənc sənət adamları, milli vətənpərvər ruhlu insanlar iştirak edir. Onlardan əsas olaraq “Mayor QARAXANLI” rolunda Ceyhun Sadizadəni, “Kapitan AĞHUNLU” rolunda Əkbər Əlini, “ALPARSLAN” rolunda Azər Carleone-ni, “XIDIR” rolunda Şahin Şəbiyevi və s. misal göstərmək olar... Digər rolları isə FARRUKH_JK, Nurullayev AGAKERİM, Murad Rəsulov, Rəsul Babazadə, Elnur Ağazadə, Ceyhun Əliyev, Rəsul Həzin, Natiq Rəhimxanov və başqaları canlandırırlar.

Filmin ikinci rejissoru Azər Carleone, operatoru isə Cahid Ağazadədir.

Hazırda filmin qızğın çəkiliş prosesi gedir. Çəkilişlər bitənə qədər sizləri yaradıcı heyətin hazırladığı iki tanıtım videosu ilə tanış edirik. Əsən qalın!

Tanıtım videoları:
Yazdı: Filmin Mətbuat Xidmətinin rəhbəri Tural Turan



Bu xəbər oxucular tərəfindən 250 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed