Şrift:
Meksikada partlayış nəticəsində ölənlərin sayı 85-ə çatıb
21.01.2019 [10:50] - Gündəm, Hadisə
Meksikanın İdalqo ştatında neft boru kəmərində baş vermiş partlayış nəticəsində həlak olanların sayı artaraq 85 nəfərə çatıb.

RİA Novostiyə istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Xorxe Alkoser məlumat verib.

Onun sözlərinə görə, hazırda xəstəxanalarda 58 yaralı qalmaqdadır. Yaralıların bəziləri ağır vəziyyətdə olduğundan ölü sayının artması istisna edilmir.

Xatırladaq ki, yanvarın 18-də axşam saatlarında İdalqo ştatındakı iri neft kəmərində güclü partlayış olub, sonra yanğın başlayıb. Hadisə boru kəmərinin qanunsuz kəsilmiş yerində yanacaq yığmaq üçün çoxsaylı insanların toplaşdığı vaxt baş verib. Faciə ilə əlaqədar ölkədə fövqəladə hallar üzrə milli komissiya işə başlayıb.
Bu xəbər oxucular tərəfindən 279 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed