Şrift:
Bolqarıstan qrip epidemiyası ilə mübarizə aparır
31.01.2019 [10:07] - Sağlıq
Bolqarıstanın bölgələri qrip epidemiyası ilə üzləşib. Bu gün Montan bölgəsində qrip epidemiyası elan olunub. Beləliklə artıq Bolqarıstanın 24 bölgəsində qrip epidemiyası elan edilib.

Bolqarıstan ərazisində 1400 məktəb bağlanıb. Onlardan bəziləri fevralın 4-nə kimi bağlı qalacaq. Ölkənin səhiyyə naziri Kirila Ananieva epidemiyanın ən yüksək həddinin bu həftə ərzində baş tutacağı barədə bəyanat verib. Sofiya Hərbi-Tibb Akademiyasında qripə şübhəli xəstələr pulsuz müayinə olunurlar. Ölkənin tibb mərkəzləri səfərbər olublar.



İqbal Hacıyev
Bu xəbər oxucular tərəfindən 431 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed