Şrift:
Astanada baş verən yanğın beş uşağın həyatına son qoyub
04.02.2019 [09:41] - Gündəm, Hadisə
Qazaxıstanın Astana şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində beş uşaq həyatını itirib.

Yanğınsöndürənlər hadisə yerindən beş azyaşlının cəsədini tapıblar. Yanğın baş verən zaman uşaqların valideynləri işdə olublar. Yanğının sahəsi təxminən 25 kvadratmetr təşkil edib.

Hadisə yerinə Astananın Fövqəladə Hallar İdarəsinin bölmələri və Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları cəlb ediliblər.

Hadisə ilə bağlı araşdırma aparılır.



İlahə Əhmədova
Bu xəbər oxucular tərəfindən 615 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed