Şrift:
Elnur Səmədov boks üzrə peşəkarlar arasında Rusiya çempionu olub
04.02.2019 [10:08] - Gündəm, İdman
Elnur Səmədov boks üzrə peşəkarlar arasında Rusiya çempionu olub.

Azərbaycanlı idmançı peşəkarlar arasında yüngül çəki dərəcəsində boks üzrə Rusiya çempionu adını qazanıb və prezident kuboku turnirinin yarımfinalına yüksəlib. Anapada keçirilən Ümumrusiya Boksçular Forumunda o, 10 raundluq qarşılaşmada Visxan Murzabekova qalib gələrək çempion adını qazanıb.

E.Səmədov yarımfinalda Rusiya təmsilçisi Ayk Şahnazaryan ilə görüşəcək. Döyüş bu ilin aprelində baş tutacaq.

Xatırladaq ki, E.Səmədovun aktivində 8 qələbə və 1 məğlubiyyət var.

Fəridə Abdullayeva
Bu xəbər oxucular tərəfindən 724 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed