Şrift:
Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə bağlı Komissiya yaradıldı
04.02.2019 [10:14] - Qərbi Azərbaycan-İrəvan
Fevralin 23-də Azərbaycan Qaçqınlar Cəmiyyəti İdarə Heyətinin geniş tərkibdə iclası keçirilib. Cəmiyyətin fəallarının və ziyalıların nümayəndələrinin də iştirak etdiyi iclasda qaçqınların sosial problemləri hərtərəfli müzakirə edilib. Son zamanlar Bakı şəhərindən və bölgələrdən Cəmiyyətə daxil olan müraciətlərin çoxalması müvafiq dövlət qurumlarının qaçqınların problemlərinə illərdən bəri laqeyd münasibətinin nəticəsi kimi qiymətləndirilib.

Qurumdan bildirilib ki, Azərbaycanda məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində dövlətin atdığı addımları yüksək qiymətləndirən çıxışçılar məcburi köçkünlərlə eyni faciəli taleyi yaşayan Qərbi Azərbaycan qaçqınlarının bu qayğıdan tamamilə məhrum olduğunu böyük təəssüflə qeyd ediblər. Yaranmış vəziyyətin arzuolunmaz həddə çatdığını vurğulayan tədbir iştirakçıları qaçqınların sosial problemlərinin monitorinqini keçirmək məqsədilə konkret addımlar atılmasının zəruriliyi qərarına gəliblər.

Tədbirin sonunda qaçqınların problemlərini araşdırmaq məqsədilə doqquz nəfərdən ibarət Komissiya yaradılıb. Komissiyanın tərkibinə AQC rəhbərliyi, qaçqınların nümayəndələri və ziyalılar daxil edilib. Komissiyaya qaçqınların problemlərinin real vəziyyəti ilə bağlı geniş hesabat hazırlamaq tapşırılıb. İlk addım olaraq Komissiya Qərbi Azərbaycan qaçqınlarına müraciət qəbul edib.
Bu xəbər oxucular tərəfindən 3309 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed