Şrift:
QMİ nümayəndə heyəti Həcc ziyarəti ilə bağlı vəziyyəti müzakirə etmək üçün yenidən Səudiyyə Krallığına gedib
12.02.2019 [10:54] - İslam dini
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndə heyəti Azərbaycandan bu il Həcc ziyarətinə yola düşəcək zəvvarların səfəri ilə bağlı Səudiyyə Ərəbistanı Krallığının Həcc Nazirliyi ilə yaranan anlaşılmazlığı müzakirə etmək üçün yenidən bu ölkəyə yola düşüb.
QMİ-dən verilən məlumata görə, nümayəndə heyətinə idarənin sədr müavini Hacı Salman Musayev, Həcc şöbəsinin müdir müavini Vidadi Hüseynov və idarənin Xarici əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Vüsal Cahangiri daxildir.
Azərbaycanlı zəvvarların yerləşəcəyi otellər, onların qiymətləri, eyni zamanda digər xərclərin qiymətləri ilə bağlı yaranmış anlaşılmazlığı müzakirə edəcək nümayəndə heyəti Səudiyyə Krallığının Həcc Nazirliyinin ziyarətlə bağlı protokol iclasına da qatılacaq.
Qeyd edək ki, QMİ nümayəndə heyəti bu il yanvarın əvvəlində Səudiyyə Krallğında səfərdə olub və Azərbaycandan bu il Həcc ziyarətinə sənədlərin qəbulunun elanı fevralın 1-ə gözlənilirdi. Bu ilki ziyarətin xərcləri ilə bağlı qiymətdə artım da gözlənilir.
Bu xəbər oxucular tərəfindən 691 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed