Şrift:
İŞİD-in son istehkamı sərt müqavimət göstərir
14.02.2019 [11:23] - Gündəm, Hərb
ABŞ-ın dəstəklədiyi qüvvələr İŞİD-in şərqi Suriyadakı son istehkamını almaq üzrədirlər.

Əsasən kürdlərdən ibarət Suriya Demokrat Qüvvələri (SDQ) bazar ertəsi Deir əs-Zur vilayətinin Bağuz şəhəri ətrafında daha çox ərazi ələ keçiriblər.

Şəhərdə çoxlu xarici döyüşçülər var ki, getməyə yerləri yoxdur.
ABŞ komandiri
“500 metr radiusu zəbt etmişik və döyüşçülərimiz şəhərə irəliləyirlər,” deyə Amerikanın Səsinə danışan SDQ komandiri bildirib.

"Bütün mülki vətəndaşlar Bağuzu tərk edib. Qalanlar yalnız İŞİD döyüşçüləridir,” o əlavə edib.

ABŞ rəsmiləri deyir ki, İŞİD döyüşçüləri tam mühasirəyə alınıblar.

“Düşmən güclü müqavimət göstərir. Orada çoxlu xarici döyüşçülər var ki, getməyə yerləri yoxdur,” polkovnik Şon Ryan bildirib. “Hava elə də əlverişli olmayıb və bu, proqresi ləngidir.”
ABŞ prezidenti Donald Tramp bu günlərdə bəyan etmişdi ki, yaxın zamanda Suriya ərazisi 100 faiz “İslam Dövləti” qrupundan təmizlənəcək.

ABŞ-ın müdafiə və kəşfiyyat rəsmiləri Suriyada hələ də 1500-ə yaxın İŞİD yaraqlısının qaldığına inansa da, dəyərləndirmədə ehtiyatlıdırlar.

Donald Tramp ötən dekabrda ABŞ-ın 2,000 əsgərlik hərbi qüvvəsini Suriyadan çıxarmaq qərarını elan etməklə ABŞ millət vəkillərini və beynəlxalq müttəfiqləri təəccübləndirmişdi.
Bu xəbər oxucular tərəfindən 527 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed