Şrift:
Türkiyə həbsxanasında güclü yanğın olub
16.02.2019 [10:22] - Gündəm, Türk dünyası-Turan
Türkiyənin Metris şəhərində yerləşən həbsxananın bir korpusunda yanğın baş verib. Hadisə ilə bağlı əraziyə yanğınsöndürən və təcili tibbi yardım briqadası cəlb olunub.

Yanğın nəticəsində 27 məhkumun vəziyyəti pisləşib. Narahatlıq keçirən məhkumlar yaxın ərazilərdəki xəstəxanalara çatdırılıblar. Bildirilir ki, yanğın FETÖ və PKK terror təşkilatları ilə əlaqədə və narkotik ticarətinə görə ittiham olunaraq cəza çəkən məhkumların saxlanılıdığı barakda baş verib. Hadisə ilə bağlı cinayət işi açılıb.



Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 414 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed