Şrift:
Azərbaycan və Gürcüstandan olan rəqs qrupları Qubada çıxış ediblər
23.02.2019 [10:19] - Xəbərlər, Gənclik, Mədəniyyət, Bildiriş
Fevralın 22-də Qubada təşkil olunan “Uşaq və gənclərin ənənəvi yaradıcılıq gecəsi”ndə müxtəlif rəqs və özfəaliyyət kollektivləri bir-birindən maraqlı çıxışlar ediblər.

Bəşir Səfəroğlu adına Mədəniyyət Mərkəzində təşkil olunan tədbirə Bakı, Quba, Abşeron və Sumqayıtdan, həmçinin qonşu Gürcüstandan 150-yə yaxın iştirakçı qatılıb.

Konsertə gələnlər əvvəlcə istedadlı uşaq və gənclərin əl işlərindən ibarət sərgiyə baxıblar.

Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Təhsil şöbəsinin müdiri Rüfət Hacıyev, Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Ramin Məmmədov çıxış edərək yaradıcılıq gecəsinin əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.

Bildirilib ki, Quba Rayon Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvləri 2011-ci ildən ənənəvi olaraq bir sıra beynəlxalq festival və müsabiqələrdə uğurla iştirak edərək mükafatlara layiq görülüblər. Bu müsabiqələr çərçivəsində mərkəzin dərnək üzvlərinin Azərbaycanın adət-ənənələri ilə bağlı təqdimatları da olub.

Tədbirdən sonra “Uşaq və gənclərin ənənəvi yaradıcılıq gecəsi”nin iştirakçıları Azərbaycanın ilk uşaq telekanalı “ARB Günəş”in qonağı olublar. Televiziya ilə yaxından tanış olan qonaqlar “ARB Günəş”də yayımlanan proqramlara çəkiliblər.
Bu xəbər oxucular tərəfindən 881 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed