Şrift:
Təbrizdə aşıqlar musiqisi və ədəbiyyatı yığıncağı keçirilib
27.02.2019 [10:45] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin Qədir mədəniyyət evində 28-ci aşıqlar musiqisi və ədəbiyyatı yığıncağı keçirilib.

Bu barədə Şərqi Azərbaycan İncəsənət Qurumunun icraçı direktoru Məhəmməd Hüseyn Bulaği mətbuata məlumat verib.

“Əyalətin incəsənət qurumu 3 il əvvəl aşıqlar musiqisi və ədəbiyyatı silsilə proqramlarına başlayıb, fevralın 25-də artıq 28-ci yığıncaq həyata keçirildi. Ümid edirəm ki, Şərqi Azərbaycan Aşıqlar Mədəniyyət Dərnəyinin yardımı ilə əyalətdə 40-cı yığıncağı da keçirəcəyik”- deyə o sözlərinin bir hissəsində qeyd edib.

Şərqi Azərbaycan İncəsənət Qurumunun icraçı direktoru yığıncaq iştirakçılarının ustad aşıq Yədulla Eyvəzpurun sənət fəaliyyətini yüksək qiymətləndirdiyini xüsusi diqqətə çatdırıb. O bildirib ki, böyük insanlar və ustadlara hörmət etmək bizim adət-ənənəmizdə var. Ona görə də biz ustad Yədulla Eyvəzpurla fəxr edirik. Hesab edirəm ki, gənclər hər zaman böyük ustadların qədrini bilməlidilər.

Yığıncaqda qocaman aşıq Yədulla Eyvəzpurun incəsənət fəaliyyəti yüksək səviyyədə təqdir olunub.
Bu xəbər oxucular tərəfindən 385 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed