Şrift:
Gürcüstan ombudsmanı yerli azərbaycanlıların müdafiəsinə qalxıb
28.02.2019 [10:44] - Borçalı
Gürcüstan ombudsmanı Nino Lomcaria parlamentin Təhsil, elm və mədəniyyət komitəsinin sədri Mariam Caşinin ötən gün yerli azərbaycanlılarla bağlı səsləndirdiyi fikirləri sərt tənqid edib.

M.Caşi Azərbaycanda yaşayan gürcülərlə Gürcüstanda yaşayan azərbaycanlıların bərabər hüquqlara malik olmalı olduğunu söyləyib.

N.Lomcaria deputatın bəyanatında yanlış fikirlərin olduğunu hesab edir: “Gürcüstanda yaşayan etnik azərbaycanlılar bu ölkənin vətəndaşlarıdır, gürcü və digər millətlərdən olan vətəndaşlarla eyni hüquqlara malikdirlər. Gürcüstan vətəndaşlarının etnik mənsubiyyətə görə bölünməsi olduqca ədalətsiz və yolverilməzdir. Etnik azlıqlar da daxil olmaqla, vətəndaşlarımızın hüquqlarının müdafiə olunması dövlətimizin vəzifəsidir”.
Bu xəbər oxucular tərəfindən 757 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed