Şrift:
Problemli kreditlərə görə güzəşt paketi müzakirə olundu
28.02.2019 [12:30] - Xəbərlər, İqtisadiyyat
Dünən Beynəlxalq Bankda Azərbaycan Banklar Assosiasiyasının ümumi yığıncağı keçirilib.
Bu yığıncaqda bütün kommersiya banklarının rəhbərləri iştirak edib.
Etibarlı mənbədən aldığımız məlumata görə, iclasda problemli kreditlərlə bağlı güzəştlər paketi müzakirə olunub. Müzakirələrin nəticəsi Maliyyə Nazirliyinə və müvafiq qurumlara da göndərilib.

Xatırladaq ki, Prezident İlham Əliyev iki gün öncə keçirdiyi müşavirədə vətəndaşları narahat edən problemli kreditlərin həllinə dair göstəriş verildiyini bildirib.

Məsələ ilə bağlı iki aydan çox müddətdə iş getdiyini deyən İlham Əliyev qərarın vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında mühüm rol oyanacağını vurğulayıb.

Yaxın vaxtlarda bu məsələyə dair sərəncam veriləcəyi gözlənilir.
Bu xəbər oxucular tərəfindən 506 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed