Şrift:
Dövlət Komitəsinin sədri Gürcüstandakı fiziki qüsurlu soydaşlarımızın problemləri ilə maraqlanıb
05.04.2019 [10:58] - Borçalı
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstana səfəri çərçivəsində Azərbaycanlı Əlillər Assosiasiyasının üzvləri ilə görüşüb.

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvilinin də istirak etdiyi tədbirdə Assosiasiyanın sədri Rövşən Əliyev və digər fiziki qüsurlu soydaşlarımız onları narahat edən məsələləri diqqətə çatdırıblar. Həmçinin görüşdə əlillərin problemlərinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Fuad Muradov Heydər Əliyev Fondunun hədiyyəsi olan 20 əlil arabasını Assosiasiyaya təqdim edib.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 659 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed