Şrift:
Əlcəzairdə etirazlar zamanı 100-dən çox nümayişçi saxlanılıb
15.04.2019 [10:16] - Gündəm, Hüquq
Cümə günü Əlcəzairin eyniadlı paytaxtında sonradan polislə toqquşmaya çevrilən kütləvi nümayiş zamanı 108 nəfər saxlanılıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

“Hazırda 108 nəfər saxlanılıb”, – deyə sənəddə qeyd olunur.

Toqquşmalar zamanı 27 polis əməkdaşı zərər çəkib, 4 nəfər ciddi yaralanıb. Onlar qarşı tərəfin atdığı daş və küt əşyalardan xəsarət alıblar. Həmçinin bir neçə polis maşınına ziyan dəyib.
Bu xəbər oxucular tərəfindən 534 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed