Şrift:
Maraqlı bir məsəl var: Biləcəri məsələsi
17.04.2019 [09:30] - Gündəm, DAVAMın yazıları
Bu məsəli yaddan çıxarmayın. Mənim keçmiş həmkarlarımdan biri Fərhad müəllim universitetin

rus bölməsini qurtarıb.Ölkəmizdə onu tanımayan,demək olar ki, yoxdur.

Bunun əsas səbəblərindən biri də, bəlkə də,ən əsası Fərhad müəllimin düşündürücü,

aydın,səlis nitq qabiliyyəti, fikrinin ana dili ilə yanaşı, rus dilində

də ifadə etmək bacarıfıdır.Milli mənəviyyatımızın təbliği üçün gərəkli yaxşı vəzifəsi var.

İstənilən beynəlxalq məclisində ona diqqətlə qulaq asırlar.Fəxr ediləsi milli ziyalımızdır.

Azərbaycanı dünyanın hər yerdə təmsil edə bilən,onu tanıtmağa qadir olan ziyalıdır.



Müstəqilliyimizin qazanılmasında

ANA DİLİ İLƏ YANAŞI,MÜVAZİ ,PARALEL rus dilli ,milli qürurlu,milli ruhlu ziyalılarımız

həmişə cəmiyyətdə diqqəti cəlb edib.

Mən ölkəmizin bir neşə nüfuzlu,hörmətli orta məktəblərində oxumuşam.Ana dilini yaxşı bilən

müəllimlərim çox olub.Onlarla fəxr edirəm.

10 il rus dili dərslərində iştirak etmişəm.(Öyrənmişəm ,demirəm.). Amma rus dilində mükəmməl yazı yaza

bilmirəm.

Aydındır ki, sovet dövründə milli dilimizdə oxuyanlarpn çoxu da bunu səmimiyyətə etiraf edə bilər.

Deməli, mənə bu dili yaxşı müəllimlərim yaxşı öyrədə bilməyiblər.Bəlkə də bu müəllimlrin özləri də

rus dilində danışa bilməyiblər. Ola bisin ki, onların yad dildə təhsil almağa heç yerli-dibli maraqları olmaypb.

Dili bilmək - o dildə şeir yaza bilmək vahidi ilə ölçülür.

Deməli, mənim rus dili müəllimlərim bu dildə şeir yazmağı bacarmayıblar. Onlar hələ həyatı

müəmmalarla dolu olan və ya dürlü-dürlü sirləri açılmayan A.S.Puşkini əsərləri ilə yox saqqalı ilə tanıyıblar.



Azərbaycanı dünyada layiqincə təmsil etmk üçün hər bir ziyalıya ANA DİLİ İLƏ YANAŞI,

RUS dilini də, İNGİLİS dilini də,ƏRƏB dilini də o dildə şeir yazmaq dərəcəsində, ədəbi dil səviyyəsində

bilmək çox gərəklidir.

Mənim şagirdlərimdən biri - Əşrəfov Sadıq ( bəlkə də Sadıqov Əşrəf) orta məktəbdə 4-5 dil bilirdi.

Bu dillərdə şeir də yazırdı,mahnı da oxuyurdu.


Mən inanıram ki,o 5-6 ildən sonra Londondakı universitetlərinin birinin məzunu kimi Azərbaycanı dünyaya

əsl azərbaycanlı kimi tanıda biləcəkdir.

Mən hər bir şəxsin ibtidai təhsilini məhz ana dilində almasının tərəfdarıyam.Sonrakı təhsili xarici dildə almaq olar.


Əlbəttə,bu,hamıya aid deyil.

Azərbaycan uzun əsrlər boyu Rusiyanın müstləkəsi olub.Bu müstəmləkə şəraitndə gözüaçıqlıq üçün

Azərbaycanın gələcəyi naminə şoxları rus dilində oxumağa meyilli olmuşdur:

Həsən bəy Zərdabi,A.Mehmandarov, N.Vəzirov,

Ə.Gorani, M.T.Əlizadə, Ə.M.Topşubaşov, C.Ünsizadə,

N.Nərimanov, S.M.Qənizadə, M.Mahmudov, F.Köçərli,

S.Vəlibəyov,Ü.Hacıbəyov, C.Məmmədquluzadə,

Əli bəy Hüseynzadə, Ə.Ağayev, F.Ağazadə...


Rus dilinə,rusdilli təhsilə münasibət məsəsində XIX əsrin görkəmli şairi

S.Ə.Şirvaninin (1835-1888) oğluna xitabən yazdığı şeiirlərdən birinin

bir parçasını yadınıza salın:

Ey oğul,hər lisanə ol rağib,

(hər dilə rəğbətin olsuun-N.N.)

Xassə ol rus elminə talıb.

(ələlxüsus rus elmini öyrən-N.N.).


Onlara ehtiyacımız çoxdur,

Bilməsək dil,əlacımız yoxdur.

(rus dilini bilməyə məcburuq-N.N. )



(S.Ə.Şirvani.Əsərləri, 3 cilddə.II cild.Bakı,1969,səh.377.).


Nazim Nəsrəddinov,


Azərbaycan Respublikasınn əməkdar müəllimi,türkoloq.

16.04.2019.


P.S. Ana dilinizin ədəbi nitq formasını bütün ziyalılar yaxşı bilməlidir.

Həm milli dilimizdə, həm də rus və

ingilis dillərində danışmağı və yazmağı bilməyən elmlər doktorlarına,

akademiklərə, kafedra müdirlərinə, qəzet redaktorlarinana,

deputatlara mənim yazığım gəlir.
Bu xəbər oxucular tərəfindən 757 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed