Şrift:
Ərdoğan Azərbaycana gəlir
09.08.2012 [13:13] - Xəbərlər
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin ilkin tarixi açıqlanıb.



Diplomatik mənbələrdən verilən məlumata görə, Ərdoğanın səfəri sentyabrın 11-12-nə nəzərdə tutulub.


Səfərin məqsədi Azərbaycan-Türkiyə Strateji Tərəfdaşlıq Şurasının növbəti iclasında iştirak etməkdir.


Hazırda Şuranın iclası ilə bağlı müvafiq sənədlərin hazırlanması işi aparılır.


Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında razılaşma Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdulla Gül tərəfindən 2010-cu il avqustun 16-da İstanbulda imzalanıb.
Bu xəbər oxucular tərəfindən 1452 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed