Şrift:
Gürcüstanda güclü külək və dolu 300 hektardan çox üzüm bağını məhv edib
29.04.2019 [10:29] - Xəbərlər, Borçalı
Gürcüstan ərazisinə yağan güclü yağış və dolu ölkənin kənd təsərrüfatına ciddi ziyan vurub.

Ən çox ziyan Kaxeti bölgəsinin Kvareli rayonuna dəyib.

Güclü küləklə müşayiət olunan və toyuq yumurtası boyda olan dolu Şilda kəndində 300 hektardan çox üzüm bağına ziyan vurub. Yerli fermerlərin sözlərinə görə, bəzi üzüm bağları tam məhv olub.

Telavi-Kvareli avtomobil magistralı da dolu və güclü külək səbəbindən müvəqqəti bağlanıb.

Bölgəyə dəyən ziyanın miqdarını hesablamaq üçün xüsusi komissiya yaradılıb.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 644 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed