Şrift:
Gürcüstan müsəlmanlarına qarşı təxribat
03.05.2019 [10:14] - Gündəm, Borçalı
Azərbaycanla Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı fəal danışıqlar aparılır və artıq bəzi müsbət addımlar atılıb”.

Bu barədə Gürcüstan Patriarxlığının bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı son hadisələr Gürcüstan xalqının haqlı incikliyinə səbəb olub və bir çox insan artıq öz mövqeyini ifadə edib: "Biz həmçinin bəyan edirik ki, bu komplesk Gürcüstan mədəniyyətinin ən qədim abidələrindən biri və ziyarətgahıdır və gürcü kilsəsi onun müdafiəsi üçün hər şey edəcək".

Gürcüstan Patriarxlığı qəti olaraq hər hansı şəxsin Gürcüstan və Azərbaycan dövlətləri və xalqları arasındakı dostluq münasibətlərini gərginləşdirməyə yönəlmiş istənilən cəhdlərindən, həmçinin müsəlmanlara qarşı təhqiramiz ifadələrdən uzaq olduğunu vurğulayıb: “Hesab edirik ki, həmin cəhdlər digər millətlərə, həmçinin Gürcüstan müsəlmanlarına qarşı düşünülmüş və ya düşünülməmiş təxribatlardır”.
Bu xəbər oxucular tərəfindən 678 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed