Şrift:
Yaponiyada yeni sürətli qatarın səhra sınaqları keçirilib
17.05.2019 [09:25] - Xəbərlər, Sosial
Yaponiyada sürətli “Şinkansen” ekspressinin yeni modelinin səhra sınaqları keçirilib.

2030-cu ildə kütləvi istismarına başlanması planlaşdırılan qatar saatda 360 kilometr sürətlə hərəkət edib.

Qeyd edək ki, ALFA-X adlandırılacaq yeni qatarın işçi modeli ilk dəfə sınaqlar zamanı jurnalistlərə təqdim edilib. Onlar ölkənin şimal-şərqində yerləşən “Morioka” stansiyasına yaxınlaşan tünd-boz rəngli qatarın fotolarını çəkiblər.

“JR East” şirkətinin hazırladığı ALFA-X modelinin əsas vaqonunun uzunluğu 16 metrə çatır. Qatarın quyruq hissəsində yerləşəcək müqavimət sipərinin uzunluğunun 22 metr olacağı bildirilir. Hər iki nümunə sınaqdan keçirildikdən sonra “JR East” şirkəti kütləvi istehsal üçün modelin son parametrlərini müəyyən edəcək.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 361 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed