Şrift:
Türkiyə Superliqası : “Kasımpaşa” - “Konyaspor” matçında qalib müəyyənləşməyib
18.05.2019 [10:46] - Gündəm, İdman
Mayın 17-də futbol üzrə Türkiyə Superliqasının XXXIII turunun ilk görüşündə “Kasımpaşa” öz meydanında “Konyaspor”u qəbul edib.

“Rəcəb Tayyib Ərdoğan” stadionunda keçirilən görüş gərgin hücumlarla yadda qalıb. Oyunda hesabı 25-ci dəqiqədə “Konyaspor”un futbolçusu Ömər Əli Şahiner açıb. Görüşün ilk hissəsi qonaqların üstünlüyü ilə başa çatıb - 0:1.

İkinci hissəyə hücumlarla başlayan meydan sahibləri 56-cı dəqiqədə hesaba tarazlıq gətiriblər. “Kasımpaşa”nın qoluna müdafiəçi Ben Yussef imza atıb – 1:1. Oyun elə bu hesabla başa çatıb.

Turun digər oyunlarında isə aşağıdakı komandalar qarşılaşacaq:

“Qalatasaray” - “Başakşəhər”

“Trabzonspor” - “Beşiktaş”

“Antalyaspor” - “Yeni Malatyaspor”

“Akhisarspor” - “Kayserispor”

“Bursaspor” - “Göztəpə”

“Alanyaspor” - “Rizəspor”

“Ərzurumspor” - “Fənərbağça”

“Ankaragücü” - “Sivasspor”.
Bu xəbər oxucular tərəfindən 454 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed