Şrift:
Sərbəst güləş üzrə Azərbaycan yığması Avropa çempionatında komanda hesabında üçüncü yeri tutub
10.06.2019 [10:12] - İdman
İspaniyanın Pontevedra şəhərində keçirilmiş gənc güləşçilər arasında Avropa çempionatına yekun vurulub.

Sərbəst güləş üzrə Azərbaycan yığması yarışda komanda hesabında üçüncü yeri tutub. 115 xal toplayan millimizi ikinci yerdəki Moldovadan cəmi bir xal ayırıb. Rusiya yığması isə 205 xalla Avropa çempionu olub.

Xatırladaq ki, komandamızın heyətində Turan Bayramov (65 kq) və Abubakr Abakarov (79 kq) qızıl, Asxab Həmzətov (92 kq) gümüş, İslam Abuyev (125 kq) isə bürünc medal qazanıblar.
Bu xəbər oxucular tərəfindən 384 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed