Şrift:
Mərkəzi Elmi Kitabxanada “Abbasqulu Ağa Bakıxanov – 225” adlı sərgi keçirilir
20.06.2019 [14:31] - Gündəm, DAVAMın yazıları
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan şairi, yazıçısı, alimi, mütəfəkkiri və maarifçisi Abbasqulu Ağa Bakıxanovun anadan olmasının 225-ci ildönümünə həsr olunmuş sərgi təşkil olunub.

Çoxcəhətli bədii və elmi yaradıcılığa malik olan Abbasqulu Ağa Bakıxanov tarix, dil-ədəbiyyat, coğrafiya, fəlsəfə, məntiq və astronomiya elmlərindən bəhs edən əsərlərin müəllifidir.

Sərgidə Abbasqulu Ağa Bakıxanovun Azərbaycan və rus dillərində “Seçilmiş əsərlər”i, “Qüdsinin sərgüzəştləri”, “Hind əfsanəsi”, “Bədii əsərlər”, “Əsrarül-mələküt”, “Gülüstani-İrəm” kitabları, eləcə də elmi və ədəbi irsinin digər nümunələri nümayiş olunur.

Sərgi iyul ayının 2-dək davam edəcək.

AMEA Mərkəzi Elmi Kitabxana
İctimaiyyətlə əlaqələr bölməsi
Bu xəbər oxucular tərəfindən 855 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed