Şrift:
“Azercell”dən möhtəşəm rəqəmsal şou!
22.06.2019 [10:06] - Gündəm, Sosial
İyunun 21-də Heydər Əliyev Mərkəzinin parkında “Azercell” bütün dünyaya dinamik telekom bazarının tələblərinə uyğun olan yeni brend kimliyini təqdim edib.

Rəqəmsal dünyanın yeniliklərini Azərbaycana gətirən ilin ən valehedici şousunda məşhur müğənni və bəstəkar, “Jara” beynəlxalq musiqi festivalının təşkilatçısı Emin Ağalarov da iştirak edib.

Məşhur şoumen Murad Dadaşovun aparıcılığı ilə baş tutan tədbirdə Emin ilə səhnəni Zülfiyyə Xanbabayeva, Nigar Camal, Çingiz Mustavayev, Elnarə Xəlilova, Elşad Xose, DJ Tim və “Nero Dance” rəqs qrupu bölüşüblər.

Qeyd edək ki, Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 49 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 99.1 faiz (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8 faiz əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir.
Bu xəbər oxucular tərəfindən 47 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed