Şrift:
Xaricə pul qaçırmaq istəyən İran Neft Nazirliyinin yüksək vəzifəli məmuru tutulub
22.06.2019 [10:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın baş prokuroru Məhəmmədcəfər Müntəziri ölkədə rüşvət və maliyyə fırıldaqçılığının geniş vüsət aldığını etiraf edib.

O, iyunun 20-də Həmədanın yeni prokurorunun təqdimat mərasimində etdiyi çıxışda müxtəlif dövlət qurumlarında çalışan məmurların korrupsiyaya bulaşdığını deyib.

Məhəmmədcəfər Müntəziri bu istiqamətdə iyunun 19-da baş prokurorluq və ETTELAT-ın birlikdə keçirdikləyi əməliyyat nəticəsində Neft Nazirliyinin yüksək vəzifəli əməkdaşlarından birinin həbs edildiyini bildirib.

Müntəzirinin sözlərinə görə, həmin şəxs dövlət vəsaitini əvvəlcə banklardan birinə, daha sonra xarici ölkəyə köçürüb, İrandan çıxarmağa çalışarkən saxlanılıb. O, eyni zamanda tutulan məmurun kimliyi barədə heç bir məlumat verməyib.

İranın baş prokuroru əlavə edib ki, bu kimi hallar çox yaşansa da, bunlardan çoxu Baş Prokurorluq tərəfindən kütləvi informasiya vasitələrinə yansıdılmır. Çünki rüşvət və maliyyə fırıldaqçılığı ilə bağlı faktlar o qədər çoxdur ki, bu tipli xəbərlər cəmiyyətdə çaxnaşmaya səbəb ola bilər.

Qeyd etmək lazımdır ki, İranda məmurlar arasında rüşvətxorluq Qərb tərəfindən də uzun illərdir irəli sürülən əsas fenomenlərdən biridir. Xüsusilə də, Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti müxtəlif vaxtlarda başda “dini lider” Əli Xamneyi olmaqla, İranın əksər dövlət rəsmiləri və axundlarının rüşvətxor əməlləri barədə məlumatlar dərc edib.
Bu xəbər oxucular tərəfindən 244 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed