Şrift:
Tbilisidə kütləvi etiraz aksiyaları DİN-in binası qarşısında davam edəcək
24.06.2019 [09:16] - Gündəm, Borçalı
İyunun 23-də Tbilisidə parlamentin binası qarşısından keçirilən mitinqdə yeni qərar qəbul olunub.

Qərara əsasən etiraz aksiyası iyunun 24-də Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) qarşısında keçiriləcək.

Həmin gün aksiya iştirakçıları saat 14:00-da Birinci Respublika Meydanından avtomobillərlə nazirliyin binasına qədər yürüş edəcəklər. Daha sonra DİN-in qarşısında aksiya davam edəcək.

Aksiyada Daxili işlər naziri Qeorqi Qaxarianın istefası tələb olunacaq.

Aksiyanın təşkilatçıları avtomobili olan hər kəsi yürüşə qoşulmağa dəvət edib.

Məlumat üçün qeyd edək ki, iyunun 23-də keçirilən aksiyada Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs da iştirak edib.

Xanım siyasətçi jurnalistlərə müsahibəsində aksiyanın tələblərini dəstəklədiyini bildirib.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 663 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed