27.06.2019 [09:21] - Xəbərlər, Afişa
Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi Tərtər rayon Mədəniyyət Mərkəzində “Ağ qayıq” tamaşasını təqdim edib.
Əvvəlcə pyesin müəllifi Elnurə Abdullayeva çıxış edərək əsər haqqında ətraflı məlumat verib. Bildirib ki, süjeti real hadisələr üzərində qurulan əsərdə Qarabağ müharibəsində Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, erməni faşistlərinin qəddarlığından danışılır.
Səhnə əsərinin quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı Mahir Cananov, musiqi tərtibatçısı Aygün Zeynalovadır. Rolları xalq artisti Şükufə Musayeva, əməkdar artist Azad Məmmədov, aktyorlar Dürdanə Dünyamalıyeva, Gündüz Qasımov, Turanə Əliyeva və başqaları ifa ediblər.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qarabağ münaqişəsi ilə bağlı reallıqların bugünkü və gələcək nəsillərə çatdırılması, düşmənin və onların havadarlarının iç üzünün açılması üçün belə əsərlərə böyük ehtiyac duyulduğunu vurğulayıb, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlətimiz tərəfindən aparılan işlərdən danışıb. Tamaşanın yaradıcı heyətinə və ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Tamaşa tərtərlilər və N saylı hərbi hissənin əsgər və zabitləri tərəfindən maraqla izlənilib.
Sonda yaradıcı heyətə xatirə hədiyyəsi təqdim olunub.

Bu xəbər oxucular tərəfindən 797 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |