Şrift:
Urmiyədə saxlanılan fəallara görüş qadağası
09.07.2019 [11:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Daha əvvəl Qərbi Azərbaycan vilayətinin Sulduz şəhərində tutulub, hazırda Urmiyənin təhlükəsizlik qurumunda saxlanılan türk fəallara görüş qadağası tətbiq olunur.

Güney Azərbaycan Televiziyası (Günaz TV) - nin yayımladığı məlumata əsasən, Urmiyənin Ettelaat idarəsində saxlanılan türk fəallara görüş qadağası tətbiq olunduğu barədə fəalların ailələrinə xəbərdarlıq verilib.

Musa Ziya Zərgəri və Səccad Şoheyri iyunun 22-də Qərbi Azərbaycan vilayətinin Sulduz şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, Urmiyənin Ettelaat idarəsinin nəzarət mərkəzinə götürülüblər.

Fəalların 17 gündür saxlanıldıqlarına baxmayaraq, ailələrinin onlarla görüşmə cəhdləri nəticəsiz qalıb.

Məhkəmə və təhlükəsizlik orqanları onların sağlıq durumu və ittihamları ilə əlaqədar heç bir məlumat verməyiblər.

Saxlanılan türk fəalların ailələrinə təlükəsizlik idarəsi və məhkəmə orqanlarına müraciətdə, "Müraciət etməyin. Bu iki saxlanılan şəxs üçün görüş qadağası tətbiq edilib. istintaq işləri bitdikdən sonra vəziyyətləri barədə məlumat veriləcək" - deyə, bildirilib.

Musa Ziya Zərgəri ağır diabet və ürək xəstəliyi səbəbiylə daimi dərman istifadə etməsi və tibbi nəzarət altında qalmasının lazım olduğu halda vəziyyəti haqqında məlumatın olmaması ailəsi və hüquq müdafiəçilərinin narahatlığına səbəb olub.
Bu xəbər oxucular tərəfindən 356 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed