09.07.2019 [11:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin Valman küçəsində həyata keçirilən layihə çərçivəsində aparılan qazıntı əsnasında qədim şəhərin bir hissəsi aşkarlanıb.
İran mətbuatında yayılan məlumata görə, Şərqi Azərbaycan Mədəni İrs İdarəsinin rəisi Murtaza Abdar qazıntının aparıldığı əraziyə gəlib, yerin altından çıxan qədim memarlıq abidələrini nəzərdən keçirib və şəhər layihəsinin dayandırılmasına əmr verib. Qazıntı işləri iyulun 4-də dayandırılıb.
Bələdiyyə və Şəhər Şurası bu günə qədər mətbuata açıqlama verməkdən imtina ediblər.
Şərqi Azərbaycan Mədəni İrs İdarəsinin rəis müavini Əlirza Qoçi də sözügedən əraziyə baş çəkib. O “Təbriz Bidar” agentliyinə bildirib ki, aşkar edilmiş əsərlər Qacarlar, hətta Elxanilər dövrünə aid ola bilər. Bu barədə ciddi araşdırma aparıldıqdan sonra nəticə məlum olacaq.”- deyə o bildirib.
Təbrizdə oxşar əsərlərə bundan əvvəl də qazıntılar zamanı rast gəlinib, lakin rejimin laqeyd münasibəti nəticəsində tarixi əsərlər təxrib edilib. Azərbaycanlılar eyni hadisənin təkrar baş verməsi və aşkarlanan əsərlərin ört-basdır edilməsindən nigarandır.
N.S

Bu xəbər oxucular tərəfindən 399 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |