Şrift:
TÜRKSOY-un baş katibinə yeni müavin təyin olunub
12.07.2019 [10:31] - Xəbərlər, Türk dünyası-Turan
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibinin müavini Fırat Purtaşın səlahiyyət müddəti başa çatıb.

Bu münasibətlə TÜRKSOY-un mərkəzi qərargahında mərasim təşkil olunub. TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Serdar Çam və başqaları Fırat Purtaşın səmərəli fəaliyyətindən bəhs edib, gələcək işlərində uğurlar arzulayıblar.

Səmimi sözlərə və arzulara görə minnətdarlığını ifadə edən Fırat Purtaş əminliklə bildirib ki, bundan sonra da TÜRKSOY-la əməkdaşlığı davam etdirəcək, kollektivlə ünsiyyətini kəsməyəcək.

Baş katib Düsen Kaseinov Qazaxıstanın “Xidmət” medalını Fırat Purtaşa təqdim etdikdən sonra, yeni müavin Bilal Çakıcı kollektivə təqdim olunub.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 406 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed