13.07.2019 [11:06] - Xəbərlər, Qərbi Azərbaycan-İrəvan
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) Lüksemburqda keçirilən 28-ci illik sessiyasında qəbul edilən Yekun Bəyannamədə Azərbaycanın maraqları təmin olundu.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin vitse-spikeri Bahar Muradova deyib.
B.Muradova bəyannamənin 22-ci maddəsindəki müddəanın müzakirələrə səbəb olduğunu bildirib:
“Həmin maddədə ilk dəfə olaraq Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova ərazisindəki münaqişələrə vahid prizmadan yanaşılmasının zəruriliyi vurğulanıb. Bu, Ermənistanda çox ciddi narahatlığa, müzakirələrə səbəb olub”.
Vitse-spiker vurğulayıb ki, bundan əvvəl başqa bir maddədə Azərbaycandakı mövcud problemə yalnız Dağlıq Qarabağ münaqişəsi adı ilə münasibət bildirilirdi. Bu məsələlərin bir maddədə cəmlənməsi, vahid prizmadan dəyərləndirilməsi vacib addım idi:
“ATƏT PA razılaşdırılmış format daxilində tərəflərin ilkin şərti olmadan ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin tozunulmazlığı prinsiplərinə əsaslanaraq, Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovadakı münaqişələrin sülh yolu ilə həlli üzrə danışıqları aktivləşdirməyi tövsiyə edir”.

Bu xəbər oxucular tərəfindən 3204 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |