Şrift:
Ərdəbil zindanında saxlanılan Mojqan Siyaminin qeyri-müəyyən vəziyyətdə saxlanması davam edir
15.07.2019 [11:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney azərbaycanlı şair, yazıçı və jurnalist xanım Mojqan Siyami 4 aydır ki, Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır.

Türk və fars dillərində nəşr olunan “Saray” nəşriyyəsinin müdir-məsul və yazıçısı 4 ay əvvəl Tehranda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, sonra Ərdəbilin Mərkəzi Zindanına intiqal edilib.

Onun son vəziyyəti barədə etibarlı bir mənbə Siyasi və Mədəni Məhbusların Müdafiəsi Kompaniyasına danışıb. “Xanım M.Siyami qanunsuz saxlanmasından 4 ay keçdiyindən və təhlükəsizlik orqanlarının təzyiqlərinə məruz qaldıqdan sonra “müqəddəsləri təhqir etmək”, “rəhbəri təhqir etmək” və “ictimaiyyəti təşvişə salmaq” kimi ittihamlarla üzləşib. Lakin onun barəsində heç bir hökm çıxarılmayıb. Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılan M.Siyaminin yaxınları ilə görüşməsinə, hətta telefon əlaqəsi saxlamasına qadağa qoyulub, onun övladı ilə də görüşməsinə icazə verilmir.”- deyə mənbə bildirib.

Ərdəbil sakini olan azərbaycanlı fəal və jurnalist həbsxanada saxlandığı müddətdə Ettelaat İdarəsinin təzyiqi altında olub, həftəlik dərgisinin onun adına olan lisenziyası da ləğv olunub.

“Saray” dərgisinin müdir-məsulu M.Siyami 2018-ci il oktyabrın 22-də nəşriyyədə fəaliyyət göstərdiyinə və mövcud vəziyyətə etiraz etdiyinə görə saxlanılıb, o 27 gündən sonra müvəqqəti olaraq azadlığa buraxılıb.
Bu xəbər oxucular tərəfindən 34 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed