Şrift:
İran hava çirkliliyi, zibil tullantıları və torpaq eroziyası sahəsində dünyada 1-ci yerdədir
17.07.2019 [10:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Ekologiya Təşkilatı bu ölkənin hava çirkliliyi, zibil tullantıları və torpaq eroziyası sahəsində dünyada 1-ci yerdə olduğunu bildirib.

Təşkilatın sədri İsa Kələntəri də məlumatı təsdiqləyib və ətraf mühit mühafizəçilərini ekologiyaya zərər vuran vətəndaşlara qarşı qanuni tənbeh tədbirlərini tətbiq etməyə çağırıb.

O, qoruqlarda gələcək nəsillərə qorunub saxlanmaq üçün nəzərdə tutulan ərazilərin də İranda dünya ölkələri arasında qəbul edilmiş həddən aşağı olduğunu deyib.

İsa Kələntəri sonda ölkədə bu qədər ekoloji problemin yaranmasına görə cəmiyyəti günahlandırıb.
Bu xəbər oxucular tərəfindən 347 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed