18.07.2019 [10:04] - Gündəm, İqtisadiyyat
Qarşıdakı dövrdə əsas hədəf köhnələn yataqların ömrünü uzatmaqdır.
SOCAR-dan bildirilib ki, bu sözləri şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.
“Dünyanın ən qədim neft sənayesinin beşiyi başında durmuş Azərbaycanda zəngin və peşəkar neftçi ənənələri formalaşıb. Lakin digər tərəfdən dünyanın ən qədim və uzun müddət ərzində istismar olunan yataqlarının məhz bizim ölkəmizdə olması qarşımızda çağırışlar yaradır. Bu baxımdan qarşıdakı dövrdə əsas hədəfimiz bütün vasitələrlə köhnələn yataqların ömrünü uzatmaqdır.
Digər tərəfdən yeni yataqlarımızın uğurla işlənilməsi ölkəmizdə qaz hasilatının artırılması və gələcəkdə neft gəlirlərinin müəyyən dərəcədə qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır. Bu ilin sonunadək ölkə üzrə ümumi qaz hasilatında 20 faiz artım gözləyirik. Növbəti illərdə də ölkədə qaz hasilatı yüksələn xətt üzrə inkişaf edəcək. Bu müsbət trend qarşımızda həm də qaz emalı və kimya sənayesinin inkişafı üçün yeni imkanlar açır”, - deyə o bildirib.

Bu xəbər oxucular tərəfindən 431 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |